21 yanvar 2011 13:53
Turan üçün 2 yeni futbolçu və rəqib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Turan” qardaş ölkədəki 5-ci gününü arxada qoyub. Azerisport.az xəbər verir ki, gündə yetirmələrini iki məşqə çıxaran baş məşqçi Naci Şensoy həm fiziki, həm də taktiki hazırlıqlara üstünlük verir.
Bu arada komandanın düşərgəsinə iki yeni futbolçu qoşulub. Bunlar komandanın “Simurq”dan transfer olunan yeni oyunçusu Elnur Abbasovla Marko Tuliodu.
Yeri gəlmişkən, Tovuz klubunun növbəti iki sınaq matçı üçün rəqibləri də müəyyənləşib. Yanvarın 22-də Almaniyanın üçüncü liqa təmsilçisi “Lübek”lə qarşılaşacaq “Turan”, ayın 29-da da Gürcüstan “Vit-Corciya”sı ilə münasibətlərinə aydınlıq gətirəcək.
