21 yanvar 2011 14:11
Rail Məlikov: XL-a qalib gəlsək, bizi heç kim saxlaya bilməyəcək
Premyer Liqanın qış çempionu olan “Neftçi”nin müdafiəçisi və kapitanı olan Rail Məlikov komandasının Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində millimizin də şərəfini qoruyan təcrübəli futbolçu bunları dilə gətirib:
“Təlim-məşq toplanışı ağırdı, ancaq biz dözməyə məcburuq. Müdafiənin sağ cinahında mənim, yaxud Ruslan Əmircanovun oynamasının elə də ciddi fərqi yoxdu. Hər şey təlim-məşqlərdən asılıdı. Əgər bunu yaxşı başa vursaq, onda çempionatda da uğurlu çıxış edə bilərik. Əgər “Xəzər Lənkəran”a qalib gəlsək, onda bizi heç kim saxlaya bilməyəcək”.
