21 yanvar 2011 15:51
Starkovlu Bakı darmadağınla başladı (YENİLƏNİB)
Azərbaycan kubokunun sonuncu qalibi “Bakı” bu gün Türkiyənin Antalya şəhərində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimizin yeni ildəki ilk rəqibi Qazaxıstanın “Akjaik” komandası olub.
Qeyd edək ki, bu oyun həm də, “zolaqlılar”ın yeni baş məşqçisi Aleksandr Starkovun rəhbərliyi altındakı ilk matçı idi. Görüşdə aşkar üstünlüyə malik olan komandamız daha çox qol vurmaq imkanına malik olmasına baxmayaraq, rəqibini darmadağın etməyi bacarıb.
14:00. Bakı – Akjaik – 3:0 (2:0)
16-cı dəqiqədə Adnan Bərəkət hesabı açır - 1:0
42-ci dəqiqədə Bərəkət daha bir qol vurur - 2:0
İkinci hissəsin əvvəlində Aleksandr Solç komandamızın üçüncü qoluna imza atır - 3:0
