21 yanvar 2011 14:22
Erməni azarkeşlər İnter – Zenit matçında
“Birlik Kuboku”nun bu gün keçiriləcək “İnter” (Azərbaycan) – “Zenit” (Rusiya) matçını izləməyə gələnlər arasında ermənistanlı fanatlar da olacaq. Azerisport.az xəbər verir ki, onlar meydan sahibi olan Peterburq təmsilçisini dəstəkləməyə gələcəklər.
Bunun səbəbi də sadədi. Axı onların bu turnirdəki təmsilçisini – “Mika”nı məhz Azərbaycan çempionu 4 cavabsız qolla biabır edərək, yarışdan kənarlaşdırdı.
