21 yanvar 2011 20:13
AZAL Ukrayna klubuna uduzdu (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışlarını davam etdirən AZAL bu gün qardaş ölkədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin rəqibi Ukraynanın “Zarya” klubu olub.
Lakin təmsilçimiz bu görüşdən məğlub ayrılıb. Qeyd edək ki, Nazim Süleymanovun yetirmələri Bakıdakı toplanış müddətində artıq iki sınaq matçına çıxmışdı. Əvəzedici heyətlə görüşdə 2:0 hesablı qələbə qazana "təyyarəçilər", "Simurq"la dueldə də 2:1 üstün olmuşdular.
Yoldaşlıq oyunu
21 yanvar
AZAL - Zarya - 0:2
14-cü dəqiqədə rəqib komanda Franka Madounun qoluyla önə keçir
72-ci dəqiqədə Badu daha bir qol vurur
