21 yanvar 2011 14:45

Toplu Bakı`ya ilin jurnalı diplomu təqdim olundu

"Bakı" futbol klubunun gənc və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) fəxri diplomu ilə təltif olunub. Azerisport.az xəbər verir ki, klub bazasını ziyarət edən AİJA prezidenti Eldar İsmayılov "İlin idman jurnalı" diplomunu "Toplu Bakı" dərgisinin baş redaktoru, tarix elmləri ü.f. doktoru Nail Əliyevə təqdim edib.
 
Jurnalist təşkilatının rəhbəri "Toplu Bakı" jurnalının ölkə məkanında bir yenilik olduğunu, tərtibat və məzmun baxımından fərqləndiyini bildirərək, seçimin təsadüfi olmadığını söyləyib:
 
"İlin uşaq jurnalının seçimi zamanı "Bakı" futbol klubunun nəşr etdirdiyi "Toplu Bakı" dərgisinin fəaliyyəti və yenilikçiliyi həlledici rol oynadı. Bu jurnal gənc nəslin formalaşmasında, vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna rol oynayır. "Toplu Bakı" jurnalına gələcək fəaliyyətində uğurlar arulayırıq. İnanırıq ki, cəmi 1 yaşı olmasına baxmayaraq böyük oxucu auditoriyası qazanan dərgi daha da inkişaf edəcək, uşaq və gənclərimizin düzgün istiqamətləndirilməsi sahəsindəki rolunu sonadək davam etdirəcək".
 
Jurnalın baş redaktoru Nail Əliyev verilən yüksək qiymət səbəbi ilə AİJA prezidentinə təşəkkürünü bildirib:
 
"Jurnalımızın belə bir diploma layiq görülməsi bizim üçün xoş bir sürpriz oldu. "Toplu Bakı" ölkəmizdə və MDB məkanında bir ilk olmaqla bərabər, digər dərgilərdən fərqlənən jurnaldır. "Toplu Bakı" idman hərəkatına dəstək verməklə yanaşı, ideoloji baxımdan dövlətçilik, idman siyasətinin təbliği, gənc nəslin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirəcək. Əsas məqsədimiz sağlam, savadlı, vətənpərvər nəsil yetişdirməkdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.