21 yanvar 2011 15:06
Toni Adams: Əsas odu ki, onlar keyfiyyətli, səviyyəli olsun
“Qəbələ”nin baş məşqçisi Toni Adams azerisport.az saytına müsahibəsində komandasının hazırkı təlim-məşq toplanışı və qarşıdakı planlar haqda danışıb.
- Hazırlıqlarınız necə gedir?
- Hal-hazırda fevralın 13-də keçiriləcək Premyer Liqanın “Qarabağ”la oyununa hazırlaşırıq. Uşaqlara 3 həftəlik istirahət vermişdim. Buna baxmayaraq, hamısı formadadı. Belə görünür ki, onlar istirahət dövründə özlərinə yaxşı baxıblar.
- Siz təlim-məşq toplanışına hamıdan gec başladız. Niyə məhz yanvarın 18-də?
- Müasir futbolda hər şey başqa cürdü. Mən hər bir futbolçiya fərdi proqram təqdim etmişəm. Bildiyim qədərilə, onların hamısı hər gün bu tələblərə əməl ediblər.
- Deməli, heç kim artıq çəkiylə qayıtmayıb?
- Birmənalı şəkildə yox.
- Siz “Qəbələ”dəki yarım illik işinizdən razısız?
- Jurnalistlər daha çox nəticəyə diqqət yetirirlər. Ancaq mənim düşüncəmə görə, hələ bu, heç nədi. Mənə ilk növbədə klubu qurmaq, komandanı yaratmaq lazımdı ki, gələcəkdə yüksək nəticələr verə bilsin.
- Komandadakı artım göz qabağındadı. Baxışda olan futbolçulardan razısınızmı?
- Mənə onlar haqda ancaq məşqə görə nəsə demək çətindi. Onlara iş başında baxmaq lazımdı. Yoxlama matçlarında yaxından bələd olacağıq.
- Hələ çempionatın qış fasiləsinə qədərki dövründə siz bir neçə dəfə demişdiz ki, “Qəbələ”də sizin etimadınızı tam doğrultmayan bəzi futbolçuların gedişi gözləniləndi...
- Asif Qədiri və daha iki yerli futbolçunu biz icarəyə verdik. İndi 22 futbolçuyla yanaşı baxışda olan futbolçularımız da var. “Qəbələ”nin elə də çox futbolçusu yoxdu ki, kimlərdənsə imtina edək.
- Siz iki hollandiyalı hücumçunu sınaqdan keçirirsiz. Bu, sizin güclənməsinə daha çox ehtiya duyduğunuz yeganə mövqedi?
- Yenilərin hansı mövqedə çıxış etməsinin fərqi yoxdu. Əsas odu ki, onlar yüksək keyfiyyətli, səviyyəli oyunçular olsunlar.
- Yeri gəlmişkən, Türkiyə toplanışı vaxtı siz cəmi 2 sınaq matçı planlaşdırmısız. Niyə belə az?
- 10 günlük hazırlıq prosesi üçün bu, elə də az deyil. Qəbələyə qayıtdıqdan sonra orda daha bir sınaq matçına çıxacağıq.
