21 yanvar 2011 15:30
Neftçi ilk hazırlıq prosesini başa vurub, Bakıya döndü
Türkiyənin Antalya şəhərində təlim-məşq prosesi keçən "Neftçi" hazırlığın ilk mərhələsini başa vuraraq, Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, komanda üzvlərinə bir günlük istirahət verilib. Flaqman sabahdan etibarən gündə bir dəfə olmaqla hazırlıqlarını davam etdirəcək.
Yanvarın 24-də isə "Neftçi"nin təlim-məşq toplanışının ikinci mərhələsi start götürəcək. Fevralın 4-dək keçiriləcək hazırlıq prosesi yenə də Türkiyənin Antalya şəhərində olacaq. Bu dəfə "Neftçi" "Mardan" İdman Kompleksində məskunlaşacaq.
