21 yanvar 2011 16:01
Ələkbər Məmmədov: İnter Zenit`i məğlub edəcək
Azərbaycanın veteran futbolçusu Ələkbər Məmmədov “Birlik Kuboku”nun bu gün keçiriləcək yarımfinal mərhələsinin “İnter” (Azərbaycan) – “Zenit” (Rusiya) görüşü barədə fikirlərini açıqlayıb. Hazırda Sankt-Peterburqda, turniri izləyənlər arasında olan həmyerlimiz azerisport.az saytına açıqlamasında bunları dilə gətirib:
“Mən çox sevindim ki, “İnter” Ermənistan klubu üzərində qələbə qazandı. Dərhal hiss olunurdu ki, rəqib çox zəifdi. “İnter” səviyyəcə daha güclü idi və bunu meydanda da nümayiş etdirdi. Biz daha çox qol vurmağa yaxın idik. Dayanmalıyıq. Bu gün “Zenit”i də məğlub edəcəyik. “İnter” evə “Birlik Kuboku”yla qayıtmalıdı”.
