21 yanvar 2011 16:22
Georgi Lomaya: Zenit`lə oyun Mika ilə dueldən daha böyük maraq kəsb edir
Son Azərbaycan çempionu "İnter"in qapıçısı Georgi Lomaya azerisport.az saytına müsahibəsində Ermənistan "Mika"sı ilə oyundan, qarşıdakı "Zenit"lə görüşdən və komandadakı digər qapıçı Səlahət Ağayevdən danışıb.
- “Mika”yla oyunun bu qədər asan keçəcəyini gözləyirdinizmi?
- Bilirdik ki, bizə erkən qolun çox köməyi dəyəcək. Müdafiədə çox əmin idik. Ümumiyyətlə, arxa xəttimiz hələ turnirin ilk günlərindən çox inamlı oyunu ilə seçilir. Nəticələrimiz də yaxşıdı. Hər gün komanda hamıdan çox vurur. Sanki bütün futbolçular vabanka gedibmiş kimi oynayırıq. Meydanda da görünür ki, biz qələbəyə daha çox köklənirik.
- 4 oyunda qol buraxmamağınız sizin xidmətinizdi ya müdafiənin?
- Müdafiəçilər sağ olsunlar, mənə çox böyük kömək edirlər. Yarımmüdafiəçilərimiz sağ olsunlar ki, topa daha çox orta sahədə nəzarət etməyə çalışırlar. Ümimiyyətlə, biz əsl komanda oyunu göstəririk. Buna görə heç bir oyunda qol buraxmamışıq. Həm də bunda Səlahət Ağayevin də rolu var. Axı o da meydanda az olmayıb.
- Siz onu özünüzə əsas rəqib hesab edirsiz?
- Səlahət sadəcə gözəldi. O, belə oyunlarda təcrübə toplamağa borcludu ki, Azərbaycanın ən yaxşı qapıçılarından biri olmaq şansından maksimum yararlansın. O, hələ öz potensialını tam açmayıb.
- Yarımfinalda “Zenit”ə qarşı oynayırsız. Rəqib haqda nə deyə bilərsiz?
- Yaxşı komandadı. Onlar HİK-i məğlub etdilər və göstərdilər ki, turnirin qalibi olmağa kökləniblər. Ancaq bizim üçün kimə qarşı oynamağın fərqi yoxdu. Yarımfinalda zəif rəqib ola bilməz. “Zenit”lə oyun “Mika”yla dueldən daha böyük maraq kəsb edir.
- Hər halda sirr deyil ki, “Mika”yla oyunda sırf futbol ab havası deyildi. Yəqin ki, nə demək istədiyimizi başa düşdünüz?
- Əlbəttə, biz bilirdik ki, o oyun çox vacibdi. Səhv buraxmamağa çalışırdıq. “Mika” bütün komponentlərdə bizə uduzurdu. “İnter” rəqibindən ikiqat güclü idi. İlk qola qədər həmişə çətin olur. Ancaq hesabı açdıqdan sonra hər şey plan üzrə davam etdi. Layiqli oyun sərgilədik, layiqli də qələbə qazandıq.
- “Birlik Kuboku”nu qazanmaq nə qədər vacibdi?
- Çoxları deyir ki, turnirin səviyyəsi aşağı düşüb, komandalar bura qələbə qazanmaq üçün gəlmir. Amma biz maksimum nəticə qazanmaq istəyirik. “Birlik Kuboku” bizim üçün çox vacibdi. Əgər belə olmasaydı, bunu öncədən qəbul etməzdik.
