21 yanvar 2011 16:48
Galatasaray 3 yeni futbolçuyla müqavilə bağladı (FOTO)
Türkiyənin "Galatasaray" klubu 3 yeni futbolçu ilə rəsmi müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, “sarı-qırmızılar” uzun müddəti bu komandaya keçəcəyi gözlənilən Zapata, Yekta və Stankunun transferini tam yekunlaşdırıb.
Klub rəhbərliyi artıq bu gün kolumbiyalı qapıçı Robinson Zapata ilə 1,5, rumıniyalı hücumçu Boqdan Stanku və "Kasımpaşa"lı yarımmüdafiəçi Yekta Kurtuluş ilə 4,5 illik müqaviləyə imza atıb. Qeyd edək ki, azad agent statusuyla gələn Zapata üçün heç bir pul ödəməyn İstanbul klubu Yekta üçün 3 milyon 750 min avro, Stanku üçün isə 5 milyon avro tərləməli olub.
