21 yanvar 2011 16:54
Aleksandr Starkov: Oyunçularla dil tapa bilirəm
“Bakı”nın yeni baş məşqçisi Aleksandr Starkov bu gün “Qazaxıstan”ın “Akjaik” klubu ilə keçirilən ilk oyundan sonra fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun 3:0 hesablı qələbəsi ilə nəticələn görüşdən sonra latviyalı mütəxəssis bunları dilə gətirib:
“Komanda yaxşı oynadı. Mən artıq oyunçularla ümumi dil tapa bilirəm. Aydın məsələdi ki, hələ bizdə hər şey alınmır. Çünki hazırlığın ilk həftəsindəyik. Ümumilikdə isə, ilk oyun üçün pis deyildi”.
