21 yanvar 2011 20:37
Millimizin baş məşqçisi: Özümüzdən böyük komanda ilə qarşılaşdıq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Almaniyanın “Obernoyland” klubu arasında bu gün keçirilən yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 0:2 hesablı yenilgiylə bağlı bunları dilə gətirib:
“Yaş etibarilə özümüzdən böyük komanda ilə qarşılaşdıq. Düşünürəm ki, komandamızın inkişafı üçün belə oyunlar keçirməliyik. Bu gün futbolçularımızın mübarizə əzmindən razı qaldım. Məhz belə oyunlarda səhvlərimizi görüb, onların aradan qaldırılması istiqamətində çalışırıq”.
