21 yanvar 2011 20:44
Kaxaber Sxadadze: Finalda kiminlə oynamağımızın heç bir fərqi yoxdu
Son Azərbaycan çempionu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Birlik Kuboku”nun yarımfinal mərhələsində Rusiya çempionu “Zenit” üzərində qazandıqları 5:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, gürcü çalışdırıcı bunları dilə gətirib:
“Komandanın oyunundan çox xoşum gəldi. Həmçinin Rövşən Əmiraslanovun qoluna görə də çox şadam. Final haqda düşünürük və bizim üçün artıq orda kiminlə oynamağımızın heç bir fərqi yoxdu. Əsas olan qələbədi”.
