21 yanvar 2011 20:52
Nazim Süleymanov: Onları bəyənmədim
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Türkiyənin Antalya şəhərində Ukrayna “Zarya”sı ilə keçirilən yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesablı yenilgiylə bağlı bunları söyləyib:
“Birinci hissədə 4 yeni futbolçunu meydana buraxmışdım ki, onları iş başında yoxlaya bilim. Panasyus və Kaqyunu bəyənmədim. Digərlərinə isə yenə şans verəcəm. Bu məğlubiyyət xeyrimizə işləyəcək, nəinki qələbə”.
