21 yanvar 2011 20:55
Zenit`in baş məşqçisi: Hesab oyuna görə oldu
Rusiyanın “Zenit” klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Anatoli Davıdov “Birlik Kuboku”nun yarımfinalında “İnter”lə keçirilən oyundan sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, 5 cavabsız qolla məğlub olan Rusiya təmsilçisinin çalışdırıcısı bunları dilə gətirib:
“Əgər gənclərdən ibarət komanda belə təcrübəli komandaya qarşı oynayırsa, belə də məğlub olmalıdı. İlk 15 dəqiqədə 3 qol buraxdıqdan sonra oynamaq çox çətindi. Uşaq səhvləri buraxdıq. Hesab oyuna görə oldu”.
