21 yanvar 2011 21:25

İnter Birlik Kubokunu Rusiyadan çıxardı

“Birlik Kuboku” bu il Rusiyadan kənara çıxacaq. Azerisport.az xəbər verir ki, bunun əsas səbəbkarı isə məhz Azərbaycan çempionudu.
 
Hələ yarımfinal mərhələsinin oyunlarından öncə bunun belə olacağını proqnozlaşdıranlar az deyildi. Çünki Rusiya çempionu digər iştirakçılardan, ən əsası isə Azərbaycan çempionu “İnter”dən fərqli yarışa əsas yox, əvəzedici heyətlə qatılmışdı. Amma hər halda bura qədər gəlib çıxmaları da müəyyən bir göstərici idi.
 
Lakin “İnter”in də göstəriciləri var idi. Az qala hər oyununda rəqiblərini darmadağın edən, qapısından bir dənə də qol buraxmayan “bankirlər”in Ermənistan “Mika”sı üzərindəki parlaq qələbədən sonra gənclərdən ibarət komandaya uduzmaq niyyəti yox idi. Axı qarşıya “Birlik Kuboku”nu qazanmaq vəzifəsi qoyulmuşdu.
 
Bu dəfə hər şey qısa zaman kəsiyində həllini tapdı. Artıq 15-ci dəqiqədə komandamız meydan sahiblərini doğma azarkeşlərinin gözü qarşısında 3-cü dəfə meydanın mərkəzinə dəvət edəndə, matçın taleyinin həll olunduğuna yəqin ki, heç ruslar özləri də şübhə etmirdi. “İnter”in ən sərrast hücumçusu olan Karlsons artıq turnirin də bombardiri olmaq vəzifəsinin öhdəsindən gəldiyini demək olar. Hələ komandamızın quru seriyasının ən azı final matçına kimi davam etməsini demirik. Hansı ki, bu, Azərbaycan təmsilçilərinin 19 illik “Birlik Kuboku” tarixindəki rekord göstəricisidi. İndiyə qədər heç bir klubumuz belə uğur göstərməyib.

Qazanılan qələbələrlə yanaşı, daha bir sevindirici məqam var ki, bu da çempionumuzun heyətindəki gənc, yerli futbolçuların meydana çıxmaq şansı qazanması, hətta bu şansdan maksimum yararlanmasıdı. Hansı ki, bu dəfə də Rövşən Əmiraslanov baş məşqçisinin etimadını doğrultmağı bacardı. Ümid edək ki, azərbaycanlı futbolçular məhz bu yolla “İnter”dəki legioner qoşununun azalmasına nail olacaqlar.
 
İndi bizə yalnız final oyununu gözləmək qalır. Sabah yenə bir günlük fasilə olacaq. Yanvarın 23-də isə komandamız turnirin qalibi olmaq üçün son matçına çıxacaq. Həlledici oyundakı rəqib bu dəqiqələrdə keçirilən “Skonto” (Latviya) – “Şaxtyor” (Latviya) matçında müəyyənləşəcək. Hər halda rəqibin kimliyindən asılı olmayaraq, hədəf eyni olacaq: “Birlik Kuboku”nu üçüncü dəfə Azərbaycana gətirmək!
 
Birlik Kuboku
Yarımfinal
21 yanvar
 
İNTER (Azərbaycan) - ZENİT (Rusiya) - 5:0 (3:0)
Qollar: Karlsons, 2 (1:0), Zlatinov, 7 (2:0), Karlsons, 15 (3:0), Karlsons, 53 (4:0), Əmiraslanov, 68 (5:0)
 
İNTER: Lomaya (Ağayev, 72), Daşdəmirov, Abramidze, Levin (Assioli, 55), Kandelaki, Çertoqanov (Rəhimov, 46), Çervenka, Zlatinov (Cxadadze, 55), Kruqlov (Yeqorov, 46), Obikadze (Əmiraslanov, 64), Karlsons (Mjavanadze, 55).
ZENİT: Zayçev, Batov (Panfilov, 59), Murixin (Çıqanov, 30), S.Petrov, A.Petrov (Moqileviç, 30), Sirotov (Şuvalov, 39), Suşkin (Zinkov, 69), Telegin, Çeminava (Kayukov, 17), Matyaş, Kostin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.