21 yanvar 2011 21:34
Bu dəfə Abramidze
“Birlik Kuboku”nun yarımfinal mərhələsinin “İnter” – “Zenit” matçında Azərbaycan çempionunun ən yaxşı futbolçusu Valeri Abramidze olub. Azerisport.az xəbər verir ki, turnirin təşkilat komitəsi bu dəfə təcrübəli müdafiəçini ən yaxşı seçib.
“Zenit”in heyətində isə Rusiya klubunun heyətində isə Sergey Petrov komandasının ən yaxşısı olub. Maraq üçün xatırladaq ki, bundan əvvəlki oyunlarda Aleksandr Çertoqanov (Neftçi, Qırğızıstan), Vladimir Levin (İstiqlal, Türkmənistan), Rövşən Əmiraslanov (İskra-Stal, Moldova) və Girts Karlsons da (Mika, Ermənistan) komandamızın ən yaxşısı seçilmişdilər.
