21 yanvar 2011 22:16

Mourinyo - Valdano böhranı böyüyür

İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo ilə idman direktoru Xorxe Valdano arasındakı böhran getdikcə böyüyür. Azerisport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Valdano ilə heç cür yola gedə bilməyən portuqaliyalı mütəxəssis mövsümün sonunda bu komandadan gedəcəyini dəqiqləşdirib.
 
Onların bir-biriylə yola getməməsinə əsas səbəb kimi isə, hər ikisinin öz dediyinin olmasını istəməsidi. Ancaq təbii ki, heç bir şeydə fikirləri üst-üstə düşmür.
 
“Real”ın dünən Madrid derbisində “Atletico”nu kubokdan kənarlaşdırmasının ardından Valdano, portuqaliyalı mütəxəssislə aralarında heç bir problem olmadığını iddia edib. Ancaq Mourinyo onun dediklərini təkzib edib:
 
"Valdano ilə aranızda problem varmı?" sualına, "Şərhim yoxdu" cavabını verən təcrübəli mütəxəssis mövsümün sonunda komandadan ayrıla biləcəyinin siqnallarını verib: “Real”la 4 illik müqaviləm var. Amma futbolda müqavilələrdən də önəmli olan şeylər var. Önəmli olan hər kəsin xoşbəxt olması və bir arada çalışa bilməsidi. Mən sadəcə, hər kəs xoşbəxt olduğu müddət ərzində postumda qalacağam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.