21 yanvar 2011 22:33

Jabayla Roşanın Bakı`dan qovulmasının səbəbi məlum oldu

Xəbər verdiyimiz kimi, “Bakı” klubunun yeni baş məşqçisi Aleksandr Starkov 3 futbolçunun xidmətindən imtina edib. Azerisport.az xəbər verir ki, həmin oyunçular Jaba, Leandro Roşa və Cefferson Anqulodu.
 
Bu arada paytaxt klubunun Media və Marketinq Departamentinin direktoru Nəriman Mehdiyev lent.az-a açıqlamasında onların qovulmasının səbəbini açıqlayıb. Mehdiyevin sözlərinə görə, Latviyalı mütəxəssisi belə sərt tədbirə əl atmağa braziliyalı legionerlərin təlim-məşq toplantısına gecikmələri vadar edib. Cənubi amerikalı legionerlər yanvarın 15-dən Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçən “Bakı”nın düşərgəsinə bu gün qoşulublar. Starkov isə onları məşqə və Qazaxıstanın “Akjayik” klubu ilə yoxlama matçına buraxmayıb.
 
Klub rəsmisi hələlik bu futbolçuların komandadan xaric olunmaları barədə rəsmi qərarın verilmədiyini söyləyib: “Jaba və Roşa əsas heyət oyunçularıdır, bir sıra oyunlarda “Bakı”ya vacib qələbə gətirən qollara imza atıblar. Baş məşqçimiz isə onları yaxından tanımır. Starkov 3 futbolçunu nəyə görə komandadan kənarlaşdırdığını rəhbərliyə əsaslandırmalıdır. Bundan sonra klubumuz rəsmi qərar verəcək”.
 
Qeyd edək ki, Jaba və Leandro Roşa braziliyalı, Cefferson Anqulo isə kolumbiyalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.