21 yanvar 2011 22:52
İnter`in finaldakı rəqibi Şaxtyor oldu (YENİLƏNİB)
Bu gün “Birlik Kuboku”nun yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "İnter" Rusiyanın "Zenit" klubu ilə görüşüb və qələbə qazanaraq, finala yüksələn ilk komanda olub.
Digər yarımfinal qarşılaşmasında isə Latviya “Skonto”su Belarusun “Şaxtyor” klubu ilə qarşılaşıb. Belarus təmsilçisi bu qarşılaşmada qələbə qazanmaqla, Azərbaycan çempionuna rəqib olub.
Final matçı yanvarın 23-də keçiriləcək.
Birlik Kuboku
Yarımfinal
21 yanvar
İNTER (Azərbaycan) – ZENİT (Rusiya) - 5:0 (3:0)
SKONTO (Latviya) – ŞAXTYOR (Belarus) - 1:2 (0:2)
