22 yanvar 2011 13:12
Almanların bəyənmədiyi millimizin üzvü Qəbələ`də
Millimizin heyətinə dəvət olunan Serbiyanın “Mladost” klubunun 21 yaşlı hücumçusu Murad Hüseynov indi də “Qəbələ”nin düşərgəsində baxışdadı. Azerisport.az Qəbələ klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Berti Foqtsun Almaniya “Fortuna”sına təklif etdiyi, lakin onlar tərəfindən bəyənilməyən Muradın taleyinə yaxın günlərdə aydınlıq gətiriləcək.
Dağıstanlı forvardın bu günkü Polşa “Poloniya”sı ilə sınaq matçında forma geyməsi gözlənilir.
