22 yanvar 2011 00:54
PFL prezidenti və Tahir Gözəl Qarabağ`ı ziyarət etdi (FOTOLAR)
“Qarabağ” Antalyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın 13-cü günündə Ağdam klubunun daim yanında olan başqanı Tahir Gözəl komandasını ziyarət edib.
Tahir Gözəlin ziyarəti xoş bir təsadüflə də üst-üstə düşüb. Belə ki, Antalyada olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və bir qrup jurnalist komandanı ziyarət edib. Beləliklə, `Qarabağ`ın bütün heyətinin və qonaqların iştirakıyla olduqca səmimi və maraqlı görüş baş tutub. Görüşdə çoxsaylı maraqlı müzakirələr aparıb ki, bunlardan da biri PFL prezidentinin klub rəhbərliyini bəzi oyunlarını Ağdamın Quzanlı qəsəbəsində keçirmək təklifiylə çıxış etməsi olub.
