22 yanvar 2011 14:22
Petar Zlatinov: Şaxtyor finaladək gəlibsə, yaxşı komandadı
Son Azərbaycan çempionu “İnter”in yarımmüdafiəçisi Petar Zlatinov çıxış etdikləri “Birlik Kuboku”nun finalında qarşılaşacaqları Belarus “Şaxtyor”u ilə mübarizədə şansları dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çox şadam ki, yarımfinal görüşündə qələbə qazandıq və finala adladıq. “İnter” rəqibindən aşkar üstün idi və burda hansısa sensasiya yox idi. İndi yalnız final görüşü qalır. Hansı ki, biz bu oyunda da qələbə qazanmaqla, kuboka sahib çıxmaq istəyirik. “Şaxtyor”a gəlincə, rəqibimiz finala qədər gəlibsə, deməli yaxşı komandadı”.
