22 yanvar 2011 14:27
Neftçi 4 futbolçunu icarəyə verdi
Bu mövsüm qarşısına ölkə çempionluğunu və kuboku qazanmağı hədəf qoyan "Neftçi" rəhbərliyi gənc futbolçuları da daima diqqətdə saxlayır. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində yer alan gənc və perspektivli futbolçuların oyun praktikası qazanması üçün onlardan 4-ü birinci divizionun lideri "Abşeron" klubuna icarəyə verilib.
Bunlar müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın da şərəfini qoruyan Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxasov və Ruslan Tağızadədir. Qeyd edək ki, bu futbolçular "Abşeron" komandasında icarə əsasında mövsümün sonunadək iştirak edəcəklər.
