22 yanvar 2011 14:35
Starkov Borbikonini məqşlərdən azad etdi
“Bakı”nın fransız müdafiəçisi Stefan Borbikoni tibbi müayindədən keçəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubunun Antalyada keçirdiyi ilk yoldaşlıq oyunundan əvvəl ayağındakı ağrılardan şıkayətçi olan Borbikoninin pəncə nahiyəsində problem yarandığı anlaşılıb.
Həkimlərin futbolçunun tam müayinə olunması üçün onun məqşlərdən azad olunmasının zərurəti barədə fikirləri baş məşqçi Aleksandr Starkov tərəfindən dəstəklənib və Stefan Borbikoni aktiv məqşlərdən kənarlaşdırılıb.
Futbolçunun yaxın 2 gün ərzində müayindən keçəcəyi gözlənilir. Yalnız bundan sonra zədənin nə dərəcədə ciddi olacağı məlum olacaq.
