22 yanvar 2011 14:51
Girts Karlsons: Ən yaxşı qolum “Mika”ya vurduğum idi
Son Azərbaycan çempionu “İnter”in hücumçusu, hazırda keçirilən “Birlik Kuboku”nun ən yaxşı bombardiri olan Girts Karlsons Rusiya “Zenit”i üzərində qazandıqları qələbəyə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında latviyalı hücumçu bunları dilə gətirib:
“Şadam ki, “Zenit”i məğlub etdik. Belə nəticəni gözləmirdim. Üç qol vurmağım çox yaxşı oldu, ancaq bundan da yaxşı olan “İnter”in qələbə qazanmasıdı. İndi biz finalda da qələbə qazanmalıyıq. Vurduğum qollara gəlincə, məncə ən yaxşı qolum ermənilərə vurduğum idi. Çox ürəyimcə olmuşdu. O, çox əhəmiyyətli idi”.
