22 yanvar 2011 15:02
Zenit yığmamızın müdafiəçisini gözaltı edib
Rusiyanın “Zenit” klubu Bakı “İnter”inin müdafiəçisi Vladimir Levinin xidmətində maraqlıdı. Azerisport.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi doğma divarlar arasında keçirilən turnirdə çıxış edən Azərbaycan çempionunun arxa xətt oyunçusunu bəyənib.
Lakin son Rusiya çempionunun millimizin də şərəfini qoruyan Levinlə bağlı paytaxt klubuna rəsmi müraciət ünvanlayıb-ünvanlamayacağı hələ dəqiq bilinmir.
