22 yanvar 2011 17:51
Araz Abdullayev Böyük Britaniya səfirliyində
İngiltərənin "Everton" klubunun müraciətinə əsasən "Neftçi"nin yetirməsi Araz Abdullayev Bakıda yerləşən Böyük Britaniya səfirliyinə dəvət olunub. Azerisport.az xəbər verir ki, gənc futbolçumuz Türkiyədə keçirilən təlim-məşq toplanışının ilk mərhələsindən qayıtdıqdan sonra viza məsələsinin həll olunması üçün bütün sənədlərini səfirliyə təqdim edib.
