22 yanvar 2011 19:45
Chicago Fire`ın forvardı Qəbələdə (FOTO)
“Qəbələ” növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi düşərgədə baxışda olan hollandiyalı forvardla – Con Kollinzlə müqavilə bağlayıb.
Toni Adamsın etimadını qazanmağı bacaran hücumçuyla 2,5 illik mqaviləyə imza atılıb. Qeyd edək ki, bu futbolçu vaxtı ilə Amerika Birləşmiş Ştatlarının çempionatında – MLS-də də çıxış edib. Təcrübəli hücumçu burda “Chicago Fire” klubunun şərəfini qoruyub.
