22 yanvar 2011 21:00
Rəşadlı Es-Es ikinci dövrəyə də zəfərlə başladı (YENİLƏNİB)
Bu gün Türkiyə Superliqasının 18-ci turu çərçivəsində millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi “Eskişehirspor” klubu səfərdə “Genclerbirligi”nin qonağı olub. Azerisport.az xəbər verir ki, baş məşqçi Bülənt Uyğun həmyerlimizə ilk dəqiqələrdən start heyətində şans verib və o sonadək meydanda olub.
Xoşbəxtlikdən Rəşadın komandası bu görüşdə minimal hesabla qələbə qazanıb və Superliqanın ikinci dövrəsinə də uğurlu start verib. Qeyd edək ki, Sadıqovun komandası xallarının sayını 25-ə çatdıraraq, 12-ci pillədən 7-yə yüksəlib.
Gençlerbirliği – Eskişehirspor – 0:1
Qol: Burhan Eser, 54.
