22 yanvar 2011 11:33

Rövşən Əmiraslanov: Şaxtyor`dan da güclüyük

Son Azərbaycan çempionu “İnter”in hücumçusu Rövşən Əmiraslanov azerisport.az saytının suallarını cavablayıb.
 
- Az adam inanardı ki, siz “Zenit”ə 5:0 hesabıyla qalib gələrsiz.
- Bizə ikinci dəqiqədə vurduğumuz qol çox böyük kömək etdi. Axı məhz bundan sonra rəqib dərhal hücumlara atılmağa başladı, hesabı bərabərləşdirməyə çalışırdılar. Belədə “Zenit”in açıq zonaları yaranırdı ki, bundan da yararlanıb ikinci qolu vurduq. Üçüncü qoldan sonra isə artıq hər şey həllini tapmışdı.
 
- Siz artıq sonradan meydana çıxmanıza rəğmən, ikinci dəfədi qol vurursuz. Özünüzü final matçında əsas heyətdə görürsüzmü?
- Hər bir futbolçu heyətə düşməsini, daha da yaxşı oynamasını istəyir. Mənə çox xoşdu ki, artıq bu turnirdə ikinci qolumu vurdum. Ancaq “Şaxtyor”la da oyunun heyətini baş məşqçi müəyyənləşdirir. Əgər Sxadadze hesab etsə ki, mən lazımam, o zaman kömək etməyə hazıram.
 
- Ancaq hələlik əsas heyət uğrundakı mübarizədə uduzduğunuzu qəbul edirsiz yəqin ki?
- “İnter”də rəqabət çox yüksəkdi. Ona görə də hər kəz öz üzərində çalışır ki, daha da yaxşı olsun.
 
- “Zenit” necə təəssürat yaratdı?
- Onların heyəti gənclərdən ibarət idi və yaxşı vəziyyətdə idilər, normal görünürdülər. Xüsusilə Matyaşı qeyd edərdim. O, daim qapımız qarşısında təhlükə yaratmağa çalışırdı. Ancaq biz ikiqat güclü idik, öz ustalığımızı göstərdik.
 
- “Şaxtyor”la final matçından nə gözləyirsiz?
- Bu komanda çox yaxşı futbol sərgiləyir. Biz rəqibə hörmət edirik, ancaq “İnter” daha güclüdü. Bu kubok mütləq bizim olmalıdı. Əgər “Şaxtyor”a da qalib gələ bilsək, onda öz oyunumuzun nəticəsini görmüş olacağıq, favorit statumuzu doğruldacağıq.
 
- “Şaxtyor”un heyətlə bağlı da problemləri var, hər halda üstünlük sizdə olacaq...
- Onlar finala qədər gəliblərsə, deməli ciddi rəqibdilər və hər ehtimala qarşı ciddi yanaşmalıyıq. Biz çalışacağıq ki, hər şeyə əsas vaxtda aydınlıq gətirək.
 
- “Birlik Kuboku” “İnter”ə nə verəcək?
- Bu oyun hər kəsin forma geymək istədiyi bir qarşılaşma olacaq. Əgər biz finala kimi gəlmişiksə, artıq burda dayanmaq yaxşı olmazdı. Bura bu qədər azarkeş gəlib, onları məyus etməməliyik və kuboka sahib çıxmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.