22 yanvar 2011 00:00

AÇ-2011-in ev sahibi turnirdən kənarlaşdırıldı

Qətərdə düzənlənən Asiya çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin pley-off mərhələsindəki ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Qitə çempionatına ev sahibliyi edən Qətər Yaponiya ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada meydan sahibləri iki dəfə hesabda önə keçsələr də, son dəqiqələrdə buraxılan qolla meydandan məğlub ayrılıblar. Halbuki, yaponlar yenik duruma düşdükdən sonra məhz azlıqda olduqları halda iki qol vurmağı bacarıblar. Nəticədə meydan sahibləri turnirlə vidalaşıb, Yaponiya isə ilk yarımfinalçı olub.
 
Özbəkistan isə İordaniya ilə qarşılaşıb və 2:1 hesablı qələbə sayəsində növbəti yarımfinalçı olub.
 
Asiya Kuboku
1/4 final
21 yanvar
 
Yaponiya - Qətər - 3:2
Qollar: Kaqava, 27; 70, İnoha, 90 – Soria, 12, Sezar, 63.
 
Özbəkistan – İordaniya – 2:1
Qollar: Bakayev, 47; 49 – Yasin, 57.
 
22 yanvar
Avstraliya - İraq
İran – Cənui Koreya

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.