22 yanvar 2011 00:06
Rövşən Əmiraslanov: Qol vurmaq xoşuma gəlir
Azərbaycan çempionu “İnter”in gənc hücumçusu Rövşən Əmiraslanov “Birlik Kuboku”nun yarımfinalında Rusiyanın “Zemit” klubunun gənclərdən ibarət komandası üzərində qazandıqları qələbəyə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 5 cavabsız qolla qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:
“Hər bir futbolçu kimi, qol vurmaq mənim də xoşuma gəlir. Bu dəfəki qol həqiqətən pis alınmadı. Mən müdafiəçidən sıyrıldım və zərbəni elə vurdum ki, rəqib qapıçıya şans qalmasın. Ancaq indi daha çox final oyunu haqda düşünürəm”.
