22 yanvar 2011 12:14
Azərbaycan transferdə ən çox zərər edən ölkədi
UEFA Avropa ölkələri klublarının transfer çalışmalarını analiz edərək, onlardan hansıların daha çox gəlir əldə etdiyini, hansıların daha çox ziyanla işlədiyini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, nə qədər təəssüf doğursa da, Azərbaycan bu araşdırmalarda Ukrayna, Danimarka, Cənubi Kipr və Türkiyə ilə birgə belə ölkələrin öndəgedənlərindəndi.
