22 yanvar 2011 12:20
Neftçi üçün Rusiyada təlim-məşq toplanışı və 4 sınaq matçı
"Neftçi"nin əvəzedici heyəti də əsas komanda kimi təlim-məşq toplanışı keçəcək. Azersiport.az xəbər verir ki, əvəzedicilərin hazırlıq prosesi yanvarın 24-dən fevralın 4-dək Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində olacaq.
İqor Getmanın rəhbərlik etdiyi komanda orada 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Artıq rəqiblərdən biri məlumdur. "Neftçi"nin gəncləri yanvarın 26-da "Novorossiysk" klubunun əvəzedici heyəti ilə qarşılaşacaqlar.
