22 yanvar 2011 00:19
Bojan Pavloviç: Fərhad Vəliyev mənim üçün problem deyil
“Qarabağ” hazırda komandanın düşərgəsində baxışda olan Bojan Pavloviçlə müqavilə bağlamağa yaxındı. Azerisport.az saytına açıqlama verən Serbiyanın “Srvena Zvezda” klubunun gənc qolkiperi Fərhad Vəliyevlə rəqabətə hazır olduğunu da iddia edib:
“Bu komanda mənim çox xoşuma gəldi, yaxşı futbolçulara malikdi. Fərhad Vəliyev mənim üçün problem deyil. Mən də öz üzərimdə çoxlu işləməli olacağam ki, baş məşqçimizin xoşuna gəlim”.
