22 yanvar 2011 00:28
İnter və Zenit azarkeşləri az qala dalaşacaqdı
“Birlik Kuboku”nun yarımfinal mərhələsinin “İnter” (Azərbaycan) – “Zenit” (Rusiya) görüşündən sonra sözügedən komandaların azarkeşləri arasında kiçik bir insident yaşanıb. Azerisport.az xəbər verir ki, komandamızın 5:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra stadionun çıxışında bir neçə yerli və azərbaycanlı fanat nəyisə bölüşdürə bilməyib.
Lakin onların bu mübahisəsi “Peterburqski”Kompleksinin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb və ciddi münaqişənin baş verməsinə imkan verilməyib.
