22 yanvar 2011 18:56
Şensoy ikinci matçında da qələbə qazana bilmədi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan” bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Tovuz təmsilçisi Almaniyanın aşağı liqa təmsilçilərindən “Lübek” ilə münasibətlərinə aydınlıq gətirib. Lakin tərəflərin mübarizəsində qalibi müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, Naci Şensoyun komandası yeni ildəki ilk sınaq matçını da Almaniyanın aşağı liqa təmsilçilərindən “Pampov”a qarşı keçirmiş və minimal hesabla məğlub olmuşdu.
Yoldaşlıq oyunu
22 yanvar
Turan - Lübek - 2:2 (1:1)
22-ci dəqiqədə almanlar hesabı açırlar - 0:1
40-cı dəqiqədə komandamızın heyətində baxışda olan Georgi Beriaşvili hesabı bərabərləşdirir - 1:1
64-cü dəqiqədə Georgi Çediya Tovuz klubuna əzmkar qələbə qazandırır - 2:1
71-ci dəqiqədə almanlar yenidən komandamızın qapısına yol tapır - 2:2
