22 yanvar 2011 20:58
Bakı Şaxtyor`la oyunda sülh bağladı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı” bu gün qardaş ölkədə ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstanın “Şaxtyor” klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Hesabı təmsilçimiz açıb. Paytaxt klubunun heyətində Vaqif Cavadov fərqlənib. Lakin onun erkən qolundan bir qədər sonra qazaxlar hesabı bərabərləşdirməyi bacarıb. Tərəflərin sonrakı çoxsaylı cəhdlərinə baxmayaraq, görüş sülhlə başa çatıb.
Qeyd edək ki, Aleksandr Starkovun baş məşqçi təyin edildiyi Bakı klubu ilk sınaq matçını da Qazaxıstan “Akjaik”inə qarşı keçirmiş və rəqibini 3:0 hesabıyla darmadağın etmişdi.
Yoldaşlıq oyunu
22 yanvar
Bakı - Şaxtyor - 1:1 (1:1)
