23 yanvar 2011 00:48

Naci Şensoy: İki il sonra o, Azərbaycan yığmasında olacaq

“Turan”ın baş məşqçisi Naci Şensoy Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını və dünən keçirilən Almaniyanın “Lübek” klubuna qarşı keçirilən sınaq matçıyla (2:2) bağlı fikirlərini açıqlayıb. Tovuz klubunun Türkiyəli çalışdırıcısı bir sıra maraqlı fikirlər səsləndirib.
 
Bəri başdan qeyd edək ki, Şensoy almanlarla duelin gedişində hətta gənc futbolçularının ünvanına elə kəskin danışır, qışqırırdı ki, sanki hansısa vacib həlledici görüşə çıxmışdılar. Hətta dördüncü hakimin onu sakitləşdirmək cəhdləri də faydasız qalırdı. Açıqlamasında isə həmin hərəkətlərini belə dəyərləndirdi:
 
“Mən özümü idarə etməyə borcluyam, çünki çox emosionalam. Yerimdə oturub, tum da çırtlaya bilərəm, rahat maaşımı alaram. Amma mən özüm üçün yeni futbolçular öyrətmək istəyirəm, elə ola bilmərəm. Buna görə də artıq alışmışam. Buna görə də futbol elə basketbol qədər dinamik oyun hesab olunur. Ancaq hər ehtimala qarşı sakit olmağa da çalışıram”.

Şensoy hazırda komandasının fiziki hazırlığından razı olduğunu deyir: “Fiziki cəhətdən oyunçular heç də pis deyillər, oyun tempi də yüksəkdi. Ancaq taktiki planda çatışmazlıqlarımız var. Əsas problem də ondadı ki, gənc oyunçularımız taktiki gedişlərimizi lazımı şəkildə başa düşə bilmir. Çalışırıq ki, onlarla işləyək, bu problemi aradan qaldıraq”.
 
Gənclərə şans verməklə, onlara böyük ümidlər bəslədiyini deyən türkiyəli məşqçi yeni Elvin Məmmədovlar yetişdirməkdə olduqlarını da bəyan edib: “Bu adı yadda saxlayın – Aqil Tağıyev. Onun 17 yaşı olsa da, şans vermək qərarına gəldim. Onu əsas heyətdə də oynada bilərəm. İki il sonra o, əsas yığmada olacaq”.

Şensoy sonda ən böyük planlarının kubokda qələbə qazanmaq olduqlarını da gizlətməyib: “Hazırda qarşımızda iki əsas vəzifə var: Birinci – kubokda mümkün qədər irəli getmək və alınsa, onu qazanmaq. İkinci - altılıq mərhələsində ikinci altılığın birincisi olmaq. Heyətimizi də bir sıra futbolçularla gücləndiririk. Daha çox təcrübəli futbolçuların xidmətində maraqlıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.