23 yanvar 2011 13:09
Valid Sənani dünyasını dəyişdi
Əməkdar jurnalist, Azərbaycanın ilk futbol şərhçisi olan Valid Sənani dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, həyatının 50 ilini Azərbaycan Televiziyası və Radiosuna həsr edən əməkdar jurnalist özünəməxsus səsi, danışıq tərzi ilə milyonları radionun ətrafina toplamağı bacarmışdı. Lakin təəsüf ki, tanınmış diktorun son 3 ildə səhhətində yaranan ciddi problem, onun dünyadan köçməsinə səbəb olub.
Allah rəhmət eləsin!
