23 yanvar 2011 13:42

Petar Zlatinov: Kimsə bu ənənəni pozmalıdı

Azərbaycan çempionu “İnter”in liderlərindən olan Petar Zlatinov azerisport.az saytına müsahibəsində komandasının “Birlik Kuboku”ndakı çıxışını qiymətləndirib, final oyunu ərəfəsindəki durumu dəyərləndirib.
 
- Bu gün “Birlik Kuboku”nda final matçına çıxırsız. Proqnozunuz?
- Komandamız ilk oyundan bəri qarşısına bir məqsəd qoymuşdu – finala çıxmaq. Biz turnirin favoriti hesab olunurduq və bunu çox istəyirdik. Ona görə də indiyəqədərki bütün nəticələrimizdə hansısa təəccüblü bir şeyin olduğunu düşünmürəm. İndi bircə addım qalıb. Finalda oynamaq çox çətindi. Axı psixoloji cəhətdən qələbəyə kökləndiyin halda, son dəqiqələrdə böyük zərbə ala bilərsən. İndi bizə son oyunda da eyni uğuru təkrarlamaq qalır ki, ondan sonra rahatlıqla qələbəmizi bayram edə bilərik.
 
- “İnter” finala kimi itkisiz gəlib: beş qələbə, qol buraxmadan...
- Komandamız sadəcə əla oyun sərgiləyir. Qrupdakı rəqiblərimiz çox zəif idi və bizim “Neftçi”, “İstiqlal”, “İskra-Stal” kimi komandalara uduzmağa haqqımız yox idi. Müdafiə xəttimiz sadəcə gözəl oynayır, bu üzdən bütün komanda özünü çox rahat hiss edir. İstəyirik ki, bizi favorit hesab edənlərin ümidlərini son oyunda da doğruldaq.
 
- Siz də özünüzü pis göstərmirsiz. Ən azı məhsuldar ötürmələrənizlə...
- Biz hamımız komandanın ümumi uğuru üçün çalışırıq. Axı qolsuz uğur qazanmaq mümkün deyil. Komanda turniri qazanmaq istəyir və bu yolda bütün gücümüzü qoymağa hazırıq. Mənim üçün də “İnter”in qələbə qazanması hər şeydən üstündü. Kimin qol vurmasının elə də ciddi önəmi yoxdu. Ancaq hər halda elə turnirin ən məhsuldar oyunçusu da bizimkidi.
 
- Sizə “Skonto” daha səviyyəli rəqib idi, ya “Şaxtyor”?
- Bizim üçün rəqibin kimliyinin heç bir əhəmiyyəti yox idi. Bilirəm ki, finalda ən çətin rəqiblə qarşılaşırsan. Ona görə də, həlledici oyunda rəqib haqda yox, bu kuboku qazanmaq haqda daha çox düşünürəm.
 
- Bəs bu görüşün favoriti kimdi?
- Mənimfikrimcə, “İnter”. Komandamız sərgilədiyi əla oyunla gücünü göstərməyi bacarıb. Favoritsənsə, məhz belə də oynamalısan. Bizə çox xoşdu ki, komandamıza bu qədər azərbaycanlı dəstək verir. Bilirəm ki, Azərbaycanda da bizi çox dəstəkləyirlər. Bizim də işimiz qələbə qazanmaqdı.
 
- Siz onu bilirsiz ki, adətən “Birlik Kuboku”nu qazanan komanda ölkə çempionatını qazana bilmir?
- Birincisi, biz hələ bu görüşü qazanmamışıq. İkincisi də, kimsə bu ənənəni pozmalıdı. Fevralda “İnter” altılığa düşmək üçün mübarizəsini davam etdirəcək. Ardından isə çempionluq uğrunda mübarizə aparacağıq. Əlamətlərə inanmaq lazım deyil. Başlıcası, hər oyunda maksimuma nail olmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.