23 yanvar 2011 01:08
Latviya yığmasının üzvü Bakı`da (FOTO)
Azərbaycan kubokunun son qalibi “Bakı” latviyalı hücumçunu baxışdan keçirir. Azerisport.az Latviya mətbuatına istinadən xəbər verir ki, “zolaqlılar”ın yeni baş məşqçisi Aleksandr Starkovun komandasına gətirmək istədiyi ilk həmyerlisi Andrey Butriksdi.
Qeyd edək ki, 2001-ci ildən “Ventspils” forması geyən bu futbolçunu 28 yaşı var. Bu illər ərzində 170 oyuna 56 qola imza atan təcrübəli forvard Latviya yığmasında da 4 görüş keçirib. Lakin Starkov onun haqqında yekun qərarı hələ sınaq müddətində özünü necə göstərməsindən sonra verəcək.
