23 yanvar 2011 20:32
Xəzər Lənkəran yeni ildə ilk qələbəsini qazandı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, yeni ildə qələbə qazana bilməyən Mirça Rednikin komandası Ukraynanın “Krivbass” klubuyla münasibətlərinə aydınlıq gətirıb.
Görüşə daha fəal başlayan XL tezliklə hesabı açıb. 14-cü dəqiqədə Mureşan komandamızı hesabda önə keçirib. Lakin bu görüş sona kimi oynanılmayıb. XL-ın hesabda öndə olduğu 75-ci dəqiqəyə kimi güclü yağış altında oynanılan qarşılaşmanın başa çatdırılmasına ehtiyac duyulmayıb.
Yoldaşlıq oyunu
23 yanvar
Xəzər Lənkəran - Krivbass - 1:0 (matç 75-ci dəqiqə davam edib)
