23 yanvar 2011 14:31
Qarabağ`ın 6 futbolçusu istirahətdən məhrum oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” qarşıdakı 2 günü istirahətdə keçirəcək. Azerisport.az xəbər verir ki, qardaş ölkədə 28 gün keçirəcək komandanın planında yanvarın 23 və 24-ü istirahət üçün nəzərdə tutulub.
Belədə futbolçular bu 2 günü sərbəst olacaqlar. Amma bu, heç də bütün futbolçulara şamil olunmayıb. Belə ki, zədəsi, eyni zamanda fiziki hazırlıq cəhətdən problemi olan futbolçulara məşq keçiləcək. Aftandil Hacıyev, İlqar Qurbanov, Nderim Nedzipi, Rəşad Kərimov, Əfran İsmayılov, Aslan Kərimova özəl çalışmalar tətbiq ediləcək.
Ağdam təmsilçisi yanvarın 25-dən etibarən yenidən məşqlərə start verəcək.
