23 yanvar 2011 14:51
Turan iki bolqar oyunçuyla gücləndi
“Turan” rəhbərliyi iki yeni futbolçuyla müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, Tovuz klubu məhz baş məşqçi Naci Şensoyun istəyi ilə komandaya dəvət olunan hücumçu Boris Kondev və Martin Kerçovla münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, vaxtilə türkiyəli mütəxəssisin rəhbərliyi altında çıxış etmiş bu futbolçularla yanaşı “Turan” daha bir neçə oyunçunu sınaqdan keçirir. Hazırda düşərgədə 3 gürcü var: müdafiəçi Oleq Kvelisiani, yarımmüdafiəçi Zurab Xurçidzi və hücumçu Georgi Berioşvili.
