23 yanvar 2011 15:45
Rauf Mehdiyev: Bunun üçün daha çox çalışmalıyıq
"Neftçi"nin qapıçısı Rauf Mehdiyev Antalyadakı ilk təlim-məşq toplanışı haqda fikirlərini klubun rəsmi saytına bildirib. Azerisport.az xəbər verir ki, o, hazırlıq prosesi ilə bağlı bunları dilə gətirib:
"Türkiyədəki ilk hazırlıq mərhələsi yüksək səviyyədə keçdi. Düzdür, yüklənmə çox olduğu üçün, ilk toplanışlar çətin olur. Buna baxmayaraq, komandamızda yer alan futbolçular böyük səylə məşqçilərin tapşırıqlarını yerinə yetirirdilər. Biz peşəkar futbolçularıq, bilirik ki, belə hazırlğın bəhrəsini çempionat oyunlarında görəcəyik. Antalyada həmçinin, iki dəfə test verdik, bunlardan biri "Konkone", digəri isə "Fitnes" testi idi. Nəticələr fiziki hazırlıq üzrə məqşçimiz Mehmet Akı qane etdi. Ancaq təbii ki, biz daha yüksək səviyyəyə qalxmaq üçün çalışmalıyıq".
