23 yanvar 2011 15:41
Zepp Blatter: DÇ-2012 Azərbaycan üçün imtahandı
FİFA prezidenti Zepp Blatter 2012-ci ildə 17 yaşlı qızlardan ibarət yığma komandalar arasında keçiriləcək dünya çempionatının ölkəmiz tərəfindən ən yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri, bu turnirin Azərbaycan üçün bir imtahan olduğunu da vurğulayıb:
“Mən əminəm ki, bu dünya çempionatı ən yüksək səviyyədə təşkil olunacaq. Mən artıq bu yöndə təşkilatçılıq işlərinin gedişindən xəbərdaram. 4 stadionun tikintisi gedir. Bu, Azərbaycan əsl imtahan olacaq. Hər halda, məhz qarşıdakı dünya çempionatı göstərəcək ki, bu ölkə daha böyük turnirlərə ev sahibliyi etməyə qadirdirmi?
Həmçinin bu il Azərbaycan futbolunun yüz illik yubileyi olduğu üçün bu yöndə federasiyanın böyük tədbirlər hazırlamasından da xəbərdaram”.
