23 yanvar 2011 16:27
Neftçi türkiyəli məşqçiylə müqavilə imzaladı (FOTO)
"Neftçi" PFK-nın rəhbərliyi türkiyəli fiziki hazırlıq üzrə mütəxəssis Mehmet Akla rəsmi müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bundan sonra gənc türkiyəli məşqçi uzun müddət flaqmanda çalışacaq.
Klubun bazasında baş tutan tədbirdə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov Mehmet Akın yeni iş yerində uğur qazanacağını bildirib: "Biz bu mövsüm yeni komanda qurmuşuq. Hədəfimiz ölkə çempionluğunu və kuboku qazanmaqdır. Bunun üçün lazımlı işlər görülür. Türkiyəli mütəxəssis Mehmet Ak komandamızda fiziki hazırlıq üzrə məşqçi kimi çalışacaq. Onun gənc və ambisiyalı məşqçi olması bizim hədəflərimizlə üst-üstə düşür. Biz klub rəhbərliyi olaraq "Neftçi" üçün daim ən yaxşı olanı etməyə çalışırıq.Onun burada uğur qazanacağına ürəkdən inanıram."
"Neftçi" ilə rəsmi müqaviləyə qol çəkən Mehmet Ak da tədbirdə fikirlərini bildirib: "Azərbaycana qayıtdığım üçün çox sevinirəm. "Neftçi" Azərbaycanın ən köklü klubudur. Klub rəhbərliyinin komanda üçün gördüyü işlər göz qabağındadır. Flaqmanın hədəflərinə çatması üçün mən də əlimdən gələni edəcəyəm".
